İsrail İrana zərbələr endirdi: Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və nüvə alimləri öldülər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri, ehtimal ki, İsrailin gecə zərbəsi nəticəsində həlak olub.

Edalettv.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verir.

Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu xalqa təcili televiziya müraciətində bildirib ki, İsrail İranın nüvə proqramının kritik əhəmiyyətli obyektlərinə zərbələr endirib.

"İsrail indicə İranın İsrailin mövcudluğuna təhdid yaratdığı təhlükəni aradan qaldırmaq üçün "Qalxan şir" dəqiq hərbi əməliyyatını həyata keçirdi", - deyə Netanyahu bildirib.

O qeyd edib ki, İranda zərbə endirilən hədəflər arasında atom fizikləri və Natanzdakı uran zənginləşdirmə obyekti olub. Netanyahu əlavə edib ki, əməliyyat lazım olduğu qədər gün davam edəcək.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib. KİV-in məlumatına görə, Tehranda ən azı səkkiz partlayış baş verib. Yanğınlar başlayıb.

Digər Xəbərlər