Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
- 29.07.2024 17:37
- 59 baxış
Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Bildirilib ki, bununla bağlı xidmət tərəfindən sarı xəbərdarlıq verilib.
"Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyinin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd olunub.