Misirdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı
- 13.10.2025 21:25
- 108 baxış
Misir, Qətər, ABŞ və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzzada yekun atəşkəs sazişi imzalayıblar.
Edalettv.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
"Onlar həmişə deyirdilər ki, Üçüncü Dünya Müharibəsi Yaxın Şərqdə başlayacaq, lakin bu baş verməyəcək", - Tramp imzalama mərasimində deyib. O bildirib ki, münaqişə dayanmalıdır. ABŞ lideri bu sövdələşməni "ən çətin" hesab etdiyini də etiraf edib.
"Bizə, xüsusən, bu masada təmsil olunan ölkələr kömək etdi", - ABŞ prezidenti bildirib.
Tədbir əs-Sisinin ofisi tərəfindən canlı yayımlanıb.

