Moskva vilayətinə kütləvi DRON HÜCUMU: Ölən və yaralananlar var
- 16.08.2026 10:32
- 68 baxış
Rusiyanın Moskva vilayəti son zamanların ən kütləvi dron hücumlarından birinə məruz qalıb, Podolskda üç nəfər xəsarət alıb.
Edalettv.Az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında bildirib.
"Gecə ərzində Domodedovo, Podolsk, Stupino, Odintsovo, Naro-Fominsk, Ramenskoye, Çexov, Kolomna, Kaşira və Yeqoryevskdə 187 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Podolskda üç nəfərə tibbi yardım tələb olunub",- deyə o qeyd edib.
Qubernatorun sözlərinə görə, Moskva vilayətində gecə PUA hücumu nəticəsində, həmçinin bir nəfər həlak olub:
"Təəssüf ki, Ramenskoye bələdiyyə dairəsində gecə PUA hücumu nəticəsində 83 yaşlı kişi həlak olub. Kaşirada polis şöbəsinin yeni binasına ziyan dəyib, Voskresenskdə isə sənaye obyektinin bəzi qurğuları zədələnib. Domodedovoda dərman anbarında yanğın baş verib, - deyə o əlavə edib.
Bundan əlavə, Podolsk şəhərində "Wildberries" anbarında yanğın baş verib. Qubernator əlavə edib ki, hücum zamanı bütün əməkdaşlar sığınacağa çıxarılıb. Xəsarət alan yoxdur.

