"Qarabağ" Zubirlə vidalaşdı

"Qarabağ" klubu futbolçusu Abdullah Zubirlə vidalaşıb.

Edalettv.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Instagram" hesabında paylaşım edilib.

Klub paylaşımında A. Zubirə təşəkkürünü ifadə edib:

"Qarabağ" formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!"

Qeyd edək ki, fransalı yarımmüdafiəçi Qətərə yollanıb. O, bu ölkənin "Əş-Şahaniya" klubu ilə müqavilə imzalayacaq.

Digər Xəbərlər