Odessa sahilində iki mina partlayıb: Ölənlər var
- 10.08.2025 18:37
- 85 baxış
Ukraynanın Odessa vilayətində çimərliklərdə iki mina partlayıb.
Edalettv.Az-ın xəbərinə görə, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində üç nəfər - iki kişi və bir qadın ölüb.
Minalardan biri sahildən təxminən 50 m aralıda dənizdə partlayıb.
Kiper xatırladıb ki, hazırda vilayətdə çimmək üçün 32 təhlükəsiz zona açıqdır, onlardan 30-u Odessadadır.

