Paşinyan: "Bakı ilə sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb"
- 24.10.2024 15:16
- 60 baxış
"Bakı ilə sülh müqaviləsi layihəsi azı 80-90% razılaşdırılıb".
Edalettv.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclası zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana Naxçıvanla əlaqəni sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə təmin etməyi təklif edib.
Paşinyan qeyd edib ki, İrəvan öz ərazisindən beynəlxalq nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin keçməsində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır.