Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib
- 31.08.2026 11:57
- 69 baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib.
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

