Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM
- 18.09.2024 11:45
- 62 baxış
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilir, həmçinin aşağıdakı məzmunda üçüncü abzas əlavə edilir:
"20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü".
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunur.