Qanunlara söykənən inkişaf: Dədə Qorqudda nümunəvi tikinti fəaliyyəti
- 07.06.2025 10:49
- 2472 baxış
Qanunlara söykənən inkişaf: Dədə Qorqudda nümunəvi tikinti fəaliyyəti
Paytaxt Bakının sürətlə inkişaf edən ərazilərindən biri olan Dədə Qorqud qəsəbəsi bu günlərdə təkcə sosial həyatın deyil, həm də şəhərsalma və infrastrukturun sistemli şəkildə qurulması ilə diqqət çəkir. Bu prosesin mərkəzində isə qanunlara sadiq, məsuliyyətli sahibkarların əməyini xüsusi qeyd etmək yerinə düşərdi. Belə nümunəvi fəaliyyət sahiblərindən biri də uzun illərdir bu qəsəbədə tikinti sektorunda fəaliyyət göstərən Tahir müəllimdir.
Tahir müəllim rəhbərlik etdiyi tikinti layihələrində hər zaman qanunvericiliyə əsaslanan, şəffaf və səliqəli iş prinsipinə üstünlük verir. Onun rəhbərliyi ilə həyata keçirilən obyektlər yalnız yerli icra orqanlarının deyil, eyni zamanda aidiyyəti dövlət qurumlarının təsdiq etdiyi şəhərsalma və tikinti normalarına tam uyğundur. Layihələrin hər bir mərhələsi – torpaq sənədlərinin alınmasından memarlıq planlaşdırılmasına, konstruksiya quruluşundan istifadə icazəsinə qədər – qanuni əsaslarla həyata keçirilir.
Tikinti sahəsində ən çox diqqət çəkən məqamlardan biri isə əmək münasibətlərində şəffaflıq və insan amilinə verilən qiymətdir. Tahir müəllimə məxsus tikinti sahələrində çalışan bütün fəhlələr rəsmi əmək müqaviləsi ilə təmin olunub, onlara müəyyən olunmuş əmək haqqı vaxtında və şəffaf şəkildə ödənilir. Əmək təhlükəsizliyi, texniki qaydalara riayət və sağlam iş şəraiti məsələlərinə xüsusi diqqət ayrılır. Tikinti sahəsində çalışan hər bir işçi üçün fərdi mühafizə vasitələri təmin edilir, təlimatlandırmalar mütəmadi qaydada aparılır.
Bu yanaşma təkcə sahibkar məsuliyyətinin deyil, eyni zamanda dövlətə, qanunlara və cəmiyyətə göstərilən hörmətin göstəricisidir. Tahir müəllimin rəhbərlik etdiyi tikinti işləri həm sosial məsuliyyət, həm də tikinti mədəniyyəti baxımından Dədə Qorqud qəsəbəsində nümunə kimi göstərilir.
Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, müasir memarlıq üslubuna uyğun obyektlərin inşasına və yerli infrastrukturun gücləndirilməsinə töhfə verən bu cür fəaliyyətlər Azərbaycanın şəhərsalma strategiyasına uyğun inkişaf modelinin bir hissəsidir. Bu modeldə həm qanunlara riayət olunur, həm də insana dəyər verilir.

