SON DƏQİQƏ: SEPAH Azərbaycanda bəzi strateji obyektləri PARTLATMAQ İSTƏYİB
- 06.03.2026 21:47
- 72 baxış
Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror-təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.
Edalettv.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və "Aşkenazi" sinaqoqu hədəf alınıb.
Ölkə ərazisinə üç ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib.
Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Behnam Sahibali Rüstəmzadə və Yaser Rahim Zankiyan qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Tərxan Tərlanoğlu Quliyev ilə cinayətkar əlaqə yaradıblar.

