Sumqayıtda kişi qonaq olduğu evdə öldü
- 14.01.2026 11:32
- 76 baxış
Sumqayıta qonaq gələn kişi ölüb.
Edalettv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
74 yaşlı qəsəbə sakininin evinə qonaq gələn Neftçala rayon sakini 64 yaşlı Rahil Fazil oğlu Axundov qəfil ölüb. Onun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.

