Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasındakı görüş yekunlaşdı
- 16.05.2025 13:29
- 112 baxış
İstanbulda Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasında aparılan üçtərəfli danışıqlar başa çatıb.
Edalettv.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, üçtərəfli görüş bir saatdan çox çəkib.

