UEFA Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"in qapısından yeddi qol keçirərək pley-offa yüksəldi

Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Edalettv.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə səfərdə qarşılaşıb.


İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

"Qarabağ" ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:7

Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)

Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)

“Ludoqorets Arena”

İlk oyun - 2:1

Digər Xəbərlər