UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələyib
- 26.03.2024 11:39
- 91 baxış
UEFA “Qarabağ” klubunu 45 750 avro (84 500 AZN - red.) cərimələyib.
“Report”un xəbərinə görə, qurum Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer 04” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.
“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” bu səbəbdən 2750 avro ziyana düşüb.