“Vaqner”in “VKontakte”dəki səhifələri bloklandı
- 24.06.2023 18:57
- 118 baxış
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (“Roskomnadzor”) tələbi ilə “Vaqner” özəl hərbi şirkətinin və Yevgeni Priqojinin “VKontakte”dəki səhifələri bloklanıb.
İcma onları qadağan olunmuş resursların reyestrinə daxil edib.
“Bu material “Roskomnadzor”un tələbiylə Rusiya Federasiyası Baş Prokurorluğunun 24 iyun 2023-cü il tarixli qərarı əsasında bloklanıb”, - deyə məlumatda bildirilir.