Xocavənddə yaşayış binalarının təmirinə 7,8 milyon manata yaxın vəsait ayrılıb
- 29.12.2025 18:12
- 73 baxış
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yaşayış binalarının təmiri ilə bağlı növbəti satınalmanı həyata keçirib.
Edalettv.Az xəbər verir ki, satınalma çərçivəsində Xocavənd şəhərində ümumi sahəsi 22 min 260 m² olan cəmi 318 mənzildən ibarət yaşayış binalarının təmir işləri aparılacaq.
Müvafiq işlərin icrası "Platin-M" MMC-yə həvalə olunub.
Təmir işlərinin dəyəri 7 milyon 768 min 736.41 manat təşkil edir.
Layihə "Bir mənbə" satınalma metodu ilə həyata keçirilib.

