19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ
- 17.12.2024 20:08
- 77 baxış
Salyan sakini dəm qazından boğularaq ölüb.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

