32 yaşlı kişi beşinci mərtəbədən yıxılaraq öldü
- 01.06.2025 19:36
- 70 baxış
Mingəçevirdə yataqxana binasının 5-ci mərtəbəsindən yıxılan oğlan ölüb.
Edalettv.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Taleh Bünyamin oğlu Kərimov yataqxana binasının 5-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma başlanıb.

