75 yaşlı qadını evində döyüb soydu

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər