ABŞ-nin Azərbaycandakı planları ifşa edildi: Görüş ləğv olundu
- 26.11.2023 16:24
- 108 baxış
ABŞ-nin Azərbaycandakı Səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.
GundelikXeber.Az xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.
Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gözlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.
Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.