ABUZƏROV ƏYYUB İBRAHİM OĞLU :QƏBİRİSTANLIQDA NİZAMIN, TƏMİZLİYİN, VİCDANIN VƏ VƏTƏN SEVGİSİNİN TƏMSİLÇİSİ
- 31.07.2025 13:38
- 1506 baxış
Qaradağ rayonu, Sahil qəsəbəsi qəbiristanlığının müdiri Abuzərov Əyyub İbrahim oğlu uzun illərdir ki, vətənə və xalqa sədaqətlə xidmət göstərən, dövlətə bağlılığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən nüfuzlu bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi sahədə görülən işlər, aparılan abadlıq və qayda-qanun tam mənasıyla nümunəvi idarəçilik mədəniyyətinin göstəricisidir.
Əyyub müəllim bu vəzifəyə təkcə idarəçi gözü ilə deyil, həm də böyük mənəvi məsuliyyətlə yanaşır. Qəbiristanlıqlar hər bir xalqın milli-mənəvi yaddaşı, tarixi və şəhidlərimizin uyuduğu müqəddəs məkanlardır. Bu məkanların qorunması, abad saxlanılması və gələcək nəsillərə hörmətlə ötürülməsi isə böyük ürək, vicdan və vətənpərvərlik tələb edir. Məhz Əyyub müəllim bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirir.
Onun təşəbbüsü və rəhbərliyi ilə Sahil qəsəbəsi qəbiristanlığında geniş abadlıq işləri həyata keçirilib. Qəbiristanlıq ərazisində səliqə-sahman daim qorunur, yaşıllıq zonaları yaradılır, ağacəkmə kampaniyaları təşkil olunur, yollar təmir olunur və ziyarətçilər üçün əlverişli şərait təmin edilir. Hər bir detal Əyyub müəllimin işə münasibətindəki dəqiqliyi və insanlara olan hörmətini əks etdirir.
Ən diqqətəlayiq məqamlardan biri isə odur ki, Əyyub müəllim şəhid məzarlarına və qazilərimizin dəfn olunduğu sahələrə xüsusi diqqət və ehtiramla yanaşır. Şəhid ailələri və qazilər onun üçün hər zaman ön plandadır. Onların müraciətləri həssaslıqla qəbul olunur, hər bir problemə fərdi yanaşma göstərilir. O, şəhidlərimizin əziz xatirəsinə və onların ailələrinə xidmət etməyi özünün mənəvi borcu sayır.
Sadəliyi, təvazökarlığı və ədalətli yanaşması ilə həmkarlarının, qəsəbə sakinlərinin və ziyarətçilərin böyük rəğbətini qazanan Əyyub müəllim bu vəzifədə yalnız fiziki abadlıq yaratmaqla kifayətlənmir, həm də mənəvi dəyərləri qoruyur, vətəndaşlıq mövqeyi nümayiş etdirir. O, dövlətçiliyə sədaqəti, Prezident İlham Əliyevin siyasətinə inamlı dəstəyi və milli-mənəvi dəyərlərə bağlılığı ilə Qaradağ rayonunun fəxri şəxslərindən biridir.
Əyyub müəllimin fəaliyyəti, eyni zamanda, gənc idarəçilər və xidmət sahəsində çalışanlar üçün də bir örnəkdir. Onun həyatı və əməyi göstərir ki, vəzifə sadəcə iş deyil – xalqla nəfəs almaq, müqəddəsə xidmət etmək, iz qoymaqdır.
Abuzərov Əyyub İbrahim oğlu – öz zəhməti, sədaqəti və yüksək insani keyfiyyətləri ilə Qaradağ rayonunda nümunə göstəriləcək, etibar ediləcək, hörmət ediləcək bir dövlət qulluqçusudur. Onun adı, fəaliyyəti və əməyi daim xatırlanacaq və dəyərləndiriləcəkdir.
Ədaləttv.az

