AFFA-nın yeni İcraiyyə Komitəsinin tərkibi bəlli olub

AFFA-nın yeni İcraiyyə Komitəsinin tərkibi müəyyənləşib.

“Report”un məlumatına görə, milli assosiasiyanın növbəti Konfransında üzvlər təsdiqləniblər.

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi aşağıdakılardır:

Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer

1. Səməd Qurbanov - “Neftçi” PFK tərəfindən

2. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov - “Sumqayıt” FK tərəfindən

4. Qurban Qurbanov - “Qarabağ” FK tərəfindən

5. Maqsud Adıgözəlov - “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer

1. Elşad Nəsirov - Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov - Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer

1. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov - Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Ülvi Mansurov - Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova - Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Digər Xəbərlər