Ağa Axundzadə Real Marketin Sahibi İş adamı
- 30.03.2026 13:39
- 2602 baxış
Ağa Axundzadə Məştağa qəsəbəsində fəaliyyət göstərən “Real” supermarketin rəhbəri kimi öz işinə məsuliyyətlə yanaşan, nümunəvi idarəçilik qabiliyyəti ilə seçilən dəyərli bir sahibkardır. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu market yalnız ticarət məkanı deyil, həm də insanların etibar etdiyi, keyfiyyətə və dürüstlüyə əsaslanan bir ünvan kimi tanınır. Qida təhlükəsizliyi, məhsulların təmizliyi və keyfiyyəti daim diqqət mərkəzində saxlanılır, bu isə müştərilərin məmnuniyyətini təmin edən əsas amillərdəndir.
Ağa müəllim idarəçilikdə yüksək peşəkarlıq nümayiş etdirərək kollektiv arasında sağlam iş mühiti formalaşdırmış, əməkdaşlarına daim dəstək olmuş və onların inkişafına xüsusi önəm vermişdir. Onun düzgün qərarları və uzaqgörənliyi sayəsində “Real” market Məştağada ən çox seçilən və sevilən ticarət obyektlərindən birinə çevrilmişdir.
Bununla yanaşı, Ağa Axundzadə təkcə uğurlu sahibkar deyil, həm də böyük ürəyə sahib xeyirxah bir insandır. O, hər zaman imkansız ailələrin yanında olur, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Bu cür humanist addımları onun cəmiyyətdə olan nüfuzunu daha da artırır və insanlarda ona qarşı dərin hörmət formalaşdırır.
Ağa müəllimin gördüyü xeyirxah işlər, insanlara göstərdiyi diqqət və qayğı, onun əsl vətənpərvər və vicdanlı bir rəhbər olduğunu bir daha sübut edir. Belə dəyərli şəxslərin fəaliyyəti cəmiyyət üçün örnəkdir və gələcək nəsillərə nümunə olacaq səviyyədədir. Onun kimi rəhbərlərin olması həm dövlətimiz, həm də xalqımız üçün böyük bir qazancdır
Hazırladı M.Xəlilova

