Ağdam rayonunun Xıdırlı kəndinə daha 15 ailə köçürülüb, açarlar təqdim edilib
- 19.11.2025 14:29
- 91 baxış
Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
Edalettv.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2 195 nəfər) çatıb.

