Ağdamda sinəsinə armatur batan şəxs ÖLDÜ
- 13.05.2025 15:32
- 75 baxış
Ağdamda iş zamanı yıxılaraq sinəsinə armatur batan şəxs xəstəxanada ölüb.
Edalettv.Az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan fəhlə Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı xəstəxanada dünyasını dəyişib.

