Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
- 18.04.2024 15:32
- 95 baxış
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir”.