Ağstafada yaşlı qadın su quyusuna düşərək ölüb

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Yenigün kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 74 yaşlı G.Qəhrəmanova yaşadığı evin həyətindəki su quyusuna düşərək boğulub.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər