Aİ Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayır
- 18.09.2023 16:36
- 100 baxış
“Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayırıq”.
Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” platformasında etdiyi paylaşımda yazıb.
“Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin, Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq da vacibdir. Aİ bunu dəstəkləməyə hazırdır”, - Ş.Mişel vurğulayıb.
Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib. Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nın Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.