Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb.

Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.

Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova şizofrenəbənzər pozuntu diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.

Digər Xəbərlər