Almaniyada təyyarə evin üzərinə düşdü: Ölənlər var

Almaniyanın Korşenbrox yaşayış məntəqəsində kiçikölçülü idman təyyarəsinin yaşayış binasının üzərinə düşməsi nəticəsində azı iki nəfər həlak olub.

Bu barədə NTV telekanalı məlumat yayıb. Hadisə nəticəsində təyyarənin düşdüyü evdə yanğın baş verib. Qəza yerinə dərhal yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, təyyarə Mönhenqladbax şəhərinə doğru uçarkən pilot mühərrikdə texniki nasazlıq barədə məlumat verib. Bundan az sonra qəza olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələlik açıqlanmayıb.

Digər Xəbərlər