Ata avtomobili ilə iki yaşlı oğlunun üzərindən keçdi

Saatlıda avtomobil iki yaşlı uşağı vurub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə dünən günorta saatlarında baş verib. Rayonun Orta Muğan kənd sakini E.Əskərov VAZ-21061 markalı avtomobili geriyə doğru hərəkət etdirən zaman azyaşlı övladını vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Digər Xəbərlər