Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

GundelikXeber.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər