AYNA sədrindən taksilərin avtobus zolağına daxil olması ilə bağlı AÇIQLAMA

"Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər".

Bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artmasına gətirib çıxaracaq. Biz bunu cari mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksi ilə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan əvvəl, ümumiyyətlə, bu məsələ barədə söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır.

Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır", - deyə Anar Rzayev bildirib.

Digər Xəbərlər