AYNA: Yeni avtobus zolaqları yaradılacaq

“Xarici və yerli ekspertlərlə birgə yeni proqram hazırlanır. Bu, təkcə tıxaclarla bağlı deyil, həm də ictimai nəqliyyatın idarə olunması ilə bağlı proqramdır”.

APA xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bu, mikromobilliyin genişləndirilməsini özündə ehtiva edən proqramdır.

“Proqram çərçivəsində paytaxtın rəqəmsal əkizi yaradılacaq ki, qərarlar elmi əsaslarla verilsin. Proqramda avtobus zolaqlarının yaradılması, ola bilər, yerlərinin dəyişdirilməsi nəzərdə tutulub. Avtobus zolaqlarının harada olması, hansı kəsişmələrdən keçməsini rəqəmsal əkiz vasitəsilə həyata keçirəcəyik”, - deyə Anar Rzayev əlavə edib.

Digər Xəbərlər