AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutusu" TAPILDI
- 26.12.2024 08:08
- 76 baxış
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin "qara qutusu" tapılıb.
Edalettv.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

