Azərbaycan Prezidenti ilə Xorvatiyanın baş nazirinin geniş tərkibdə görüşü olub

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulanıb.

Digər Xəbərlər