Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər
- 13.12.2023 16:22
- 93 baxış
Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.
Prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər.
Bildirək ki, əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.
Onlar bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdülər.
Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüblər və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.
Azərbaycanın Ermənistana qaytardığı şəxslərin siyahısı:
Azərbaycan tərəfi 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxsləri geri qaytarıb. Onların siyahısını təqdim edirik:
1. Avakyan Hraç Arzumanoviç;
2. Serobyan Geqam Samveloviç;
3. Hovanesyan Haykaz Koryunoviç;
4. Tosunyan Levon Aşotoviç;
5. Baqdasaryan Artur Eduardoviç;
6. Stepanyan David Stepanoviç;
7. Herabyan Hrayr Hraçoviç;
8. Mikaelyan Andranik Vazgenoviç;
9. Avakyan Serop Surenoviç;
10. Kostanyan Narek Aqaoviç;
11. Harutyunyan Varazdat Seryojeviç;
12. Martoyan Manuk Hovanesoviç;
13. Vardanyan Arsen Araikoviç;
14. Dilanyan Arman Vazgenoviç;
15. Tadevosyan Hrayr Vardanoviç;
16. Bahrikyan Vahagan Edikoviç;
17. Aramyan Karen Armenoviç;
18. Sukiasyan Andranik Srapoviç;
19. Martirosyan Gevorg Samveloviç;
20. Kirakosyan Eduard Armeni;
21. Gevorkyan Robert Hovikoviç;
22. Yegiazaryan Sasun Seyranoviç;
23. Hakopyan Volodya Qaqikoviç;
24. Avakyan Tiqran Manikoviç;
25. Saqatelyan Qriqor Seyranoviç;
26. Avetisyan Vaqarşak Aşotoviç.
Bundan başqa, müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədi, habelə “Laçın” sərhəd-buraxılış məntəqəsində tutulmuş bəzi şəxslər də Ermənistana veriliblər. Onların adlarını təqdim edirik:
1. Rafaelyan Vladimir Otari;
2. Sarqsyan İşxan Aşoti;
3. Ovagimyan Arutyun Yurikoviç;
4. Kazaryan Karen Aşotoviç;
5. Voskanyan Qagik Aşoti;
6. Eulcekcian Viken Abraham.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.
Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.