Azərbaycan və Ermənistan XİN başçıları Tehranda görüşə bilərlər
- 20.10.2023 17:35
- 90 baxış
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilərlər.
Bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan çıxış edib.
V.Kostanyan bildirib ki, İrəvan Tehrandan xarici işlər nazirləri səviyyəsində “3+3” formatı çərçivəsində görüş təklifi alıb.
“Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib.
Mənbə: Newsarmenia