Azərbaycan XİN təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib
- 12.06.2025 15:38
- 89 baxış
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Edalettv.Az xəbər verir ki, başsağlığının mətni Azərbaycan XİN-nin "X" səhifəsində dərc edilib.
"Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəli təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara güc və şəfa diləyirik", - Azərbaycan XİN-nin paylaşımında qeyd olunur.

