Azərbaycanda kişi reabilitasiya mərkəzində öldü
- 03.04.2024 10:27
- 82 baxış
Abşeronda kişi Reabilitasiya Mərkəzində ölüb.
Lent.az-ın məlumatına görə, Pərviz Zərdan oğlu Həsənov aprelin 1-də “Həyat üçün şans” Reabilitasiya Mərkəzinə aparılıb. Bir gün sonra saat 4-də həmin mərkəzin yeməkxanasında ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.