Azərbaycanda qatar relsdən çıxıb aşdı

Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, vaqonların yükü taxta materiallarından ibarət olub:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

Digər Xəbərlər