Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ
- 01.12.2023 14:53
- 101 baxış
“Ölkəmizdə qızılca xəstəliyinə yoluxma sayında artım müşahidə olunur”.
GundelikXeber.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi Xidmətlərin İnkişafı Departamentinin Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
TƏBİB rəsmisi bildirib ki, artıma səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır:
“Virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir. Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks-göstəriş olan hallar da var. Xəstəlikdə qorunmaq üçün peyvəndləmə şərtdir. Peyvəndləmə övladlarımızın həyat sığortasıdır. Xəstəliyə yoluxsalar belə rahat şəkildə sağala biləcəklər”.
Onun sözlərinə görə, əvvəlki illərə nisbətən daha çox yoluxma halı aşkarlanıb:
“Əvvəlki illərə nəzər yetirsək görərik ki, bəzi vaxtlar heç ümumiyyətlə qızılcaya yoluxan olmayıb. Nadir hallarda aşkarlanıb. 2018-ci ildə bir qədər artım oldu. Peyvəndləmə ilə qarşısı alındı”.
T.İbrahimova sonda Avropa ölkələrində də yoluxma halının qeydə alındığını əlavə edib.