Azərbaycanda zəlzələ oldu
- 18.08.2025 21:16
- 97 baxış
Bərdə stansiyasından 32 kilometr şimalda, Tərtər rayonunda zəlzələ qeydə alınıb.
Edalettv.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
3,1 maqnitudalı zəlzələ üç kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar 3 bala qədər hiss olunub.

