Azərbaycanın yeni ödənişli yolundan istifadə üçün ŞƏRTLƏR
- 09.09.2023 08:31
- 118 baxış
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.
Xezerxeber.az-ın məlumatına görə, tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.
Yoldan istifadəyə görə ödəniş isə Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.
Qeyd edək ki, xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib-yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək.
Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb-buraxılmayacağı müəyyən ediləcək.