"Bakı Kristal Zalı"na yeni direktor təyin edildi

Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-yə yeni direktor təyin edilib.

"Report" xəbər verir ki, qurumun yeni direktoru Natiq İbrahimov olub.

O, şirkətin rəhbərliyində Elçin Məmmədovu əvəz edib.

Qeyd edək ki, "Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Digər Xəbərlər