Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
- 20.05.2026 15:28
- 70 baxış
Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.
Edalettv.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:
Bakı - Tbilisi - 81 AZN-dən
Yevlax - Tbilisi - 67 AZN-dən
Gəncə - Tbilisi - 62 AZN-dən
Ağstafa - Tbilisi - 57 AZN-dən
Böyük Kəsik - Qardabani - 51 AZN-dən başlayır.
Qeyd olunub ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.
Xatırladaq ki, bu istiqamətdə səfərlər mayın 26-dan başlayacaq.

