Bakıda Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub
- 10.02.2026 19:13
- 70 baxış
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi vitse-prezident Ceyms Devid Vensə raport verib.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.
Sonda rəsmi foto çəkdirilib.

