Bakıda ana QIZINI BIÇAQLADI
- 14.01.2026 16:13
- 70 baxış
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Edalettv.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

