Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- 26.02.2024 10:19
- 101 baxış
Bakıda qadını avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Fərid Niyazi oğlu Quliyev idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.